
"Turan Tovuz" ötən ilin yayında sıralarına qatdığı legionerlərdən biri ilə yolun sonuna gəlib.
Debütant Henri Okebuqvu ilə 1 illik müqaviləni uzatmğı lazım bilməyib.
25 yaşlı yarımmüdafiəçi əsas heyətə düşməyə çətinlik çəkməklə yanaşı, tez-tez zədə aldığı üçün qərb təmsilçisinin etimadını itirib.
Bunadək Albaniyada Eqnatiya”, “Partizani” və “Kastrioti”nin formasını geyinmiş legionerin Nigeriyanın aşağı yaş qrupları üzrə milli komandalarının sabiq üzvü olmasını da xatırladaq.
SPORTİNFO.AZ