Klub yeni baş sponsorunun ayırdığı pulu hara xərcləyəcək?

8 Fevral 2023 09:40 Turan 1 203
Klub yeni baş sponsorunun ayırdığı pulu hara xərcləyəcək?

«Turan Tovuz»un yeni baş sponsoru olan «Huner Group»un təsisçisi və direktoru Ehtiram Quliyevin kluba 1,5 milyon manat ayırmasını xəbər vermişdik.

Tovuzlu iş adamı doğma rayonunun təmsilçisi ilə əməkdaşlığa fevralın 11-də başlayacaq.

Onun müəyyənləşdirdiyi büdcənin hara xərclənəcəyi də artıq məlumdur. Belə ki, göstərilən vəsaitin 1 milyonu əsas komandanın yayda həyata keçirəcəyi yeni transferlərə sərf olunacaq.

Qalan pul isə həm yeni avtobusun alınmasına, həm infrastrukturun saxlanılmasına, həm də akademiyanın inkişafına xərclənəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var