İki dost Ağsuda “Topaz”dan oğurluq etdi - FOTOLAR

6 Aprel 2020 14:22 Topaz 556
İki dost Ağsuda “Topaz”dan oğurluq etdi - FOTOLAR

Ağsu şəhərində silsilə oğurluqlar olub.

Sportinfo.az DİN-ə istinadən xəbər verir ki, mənzildən ümumi dəyəri 1300 manata yaxın olan televizor, qaynaq aparatı və digər əşyalar, İ.Vəliyevə məxsus şəhər ərazisində yerləşən mağazadan müxtəlif enerji içkiləri, eləcə də digər müxtəlif çeşidli mallar və D.Ağaməmmədovun işlətdiyi “Topaz” mərc oyunları yerindən 150 manat dəyərində müxtəlif lotereyaların oğurlandığı müəyyən olunub.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları törədən şəxslərin Ağsu rayon sakini 24 yaşlı Hüseyn Dadaşzadə və Kürdəmir rayon sakini, əvvəllər də məhkum olunmuş 25 yaşlı Samir Eyvazov olduqları müəyyən olunub.

Onlar şübhəli şəxs qismində saxlanılıblar. Dindirilmə zamanı etdikləri cinayət əməllərini etiraf ediblər. Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.



Digər Xəbərlər
Xəbər Lenti