Uşaqların mərc oyunlarında iştirakına yol verənlər

27 May 2020 11:34 Topaz 762
Uşaqların mərc oyunlarında iştirakına yol verənlər

Yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında iştirakına yol verənlər cərimələnəcək.

Sportinfo.az xəbər verir ki, bununla əlaqədar məsələ Milli Məclisin iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklifə əsasən, idman mərc oyunlarının satıcısı tərəfindən yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməsinə görə beş yüz manat məbləğində cərimə tətbiq ediləcək. Dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var