"Topaz"dan Azərbaycan futboluna növbəti ağır zərbə!

21 Fevral 2019 19:48 Topaz 1 416
"Topaz"dan Azərbaycan futboluna növbəti ağır zərbə!

2012-ci ildən Premyer Liqanın titul sponsoru olan «Topaz» futbol camiəsi ilə əlaqələrini kəsməyə, yardımını dayandırmağa başlayıb.

Proses bu ilin əvvəlindən başlanılıb və «Azərinteltek» şirkətinin rəhbərliyində gerçəkləşən dəyişiklərlə bağılıdı.

«Türkcell»in öz payını yeni və yerli tərəfdaşlara satmasından sonra İskəndər Cavadov adına Bakı Futbol Akademiya çətinliklərlə üzləşib.

Belə ki, btən ilin oktaybrın 1-də bağlanan əməkdaşlıq müqaviləsinə yanvarın 1-dən xitam veriltb. «Topaz» bunu birtərəfli qaydada, özü də qarşı tərəfə xəbərdarlıq etmədən həyata keçirib.

Respublikanın ilk və hələlik yeganə totalizator kontoru olan «Topaz» bu müddətdə cəmi 3 ayın pulunu ödəyib. Halbuki kontrakt 1 illik nəzərdə tutulub.

“Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib.

“Azərinteltek” QSC-nin ticarət nişanı olan “Topaz” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.

Bu markas 2012-ci ildən etibarən Azərbaycan Premyer Liqasının sponsorudu. Bundan başqa, hazırda bütün Azərbaycan üzrə “Topaz”ın təxminən 500 eksklüziv satış agenti var.

Şirkətin əsas gəliri futboldan və futbolsevərlərdəndi. Gəl ki, «Topaz» bu sahədən qazandıqlarıtının cüzi bir qismini idmanın «şah»ının inkişafına sərf etmək istəmir.

Halbuki Gənclər və İdman Nazirliyi, o cümlədən AFFA ilə əldə olunmuş razılaşmaya əsasən, «Azərinteltek» əldə etdiyi vəsaitin bir neçə faizini futbola yönəltməlidi.

Cavadovun adını daşıyan akademiyaya ödənilən aylıq 1000 manatlıq «Topaz» üçün heç qəpik-quruş da deyil. Şirkətin aylıq gəliri milyon manatlarla ölçülür.

Həmin 1000 manat akademiyanın saxlanılması üçün müəyyənləşdirilmiş büdcənin bir hisəssini təşkil edir. Bu vəsait yeniyetmə və gənc futbolçuların Abşeron Olimpiya kompleksində məşq keçməsinə, icarə və nəqliyyat xərclərinə sərf olunurdu.

Artıq bu da yoxdu. Allah gözünüzü doyursun!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti