"Qarabağ" səni milyoner edər

13 Dekabr 2018 11:36 Topaz 1 100
"Qarabağ" səni milyoner edər

Bu axşam ilin son avrokubok matçları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Avropa Liqasında qrup mərhələsinin son turunun 24 qarşılaşması növbəti mərhələyə vəsiqə qazanacaq bütün komandaların adına aydınlıq gətirəcək.

Artıq 116 finala çıxmaq şansını itirmiş Azərbaycan çempionu "Qarabağ" üçün isə bu mövsümün son avrokubok oyunu olacaq.

Londonda - nəinki qrupun, turnirin favoritlərindən olan "Arsenal"la qarşılaşacaq Ağdam klubunun xal qazanma ehtimalı çox azdır.

Bununla belə, azı ötənilki “Atletiko” görüşünü yada salıb, sensasiyaya az da olsa ümüd etmək olar.

"Arsenal" qrup liderliyini təmin etdiyindən, "Qarabağ"la matçda heyətdə bəzi gənc oyunçulara yer veriləcək.

Baş məşqçi Unay Emeri bunu açıq şəkildə jurnalistlərə bildirib. İspan məşqçi təcrübəli futbolçulardan zədəsini sağaldan Loran Koselni və Məsut Özilin də heyətdə yer alacağını açıqlayıb.

Hansı heyətlə oynamasındna asılı olmayaraq, "Arsenal" "Qarabağ" qarşısında aşkar favorit sayılır.

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" bu qarşılaşmaya həm canlı, həm də "təkli" mərc qəbul edir. Əmsallar: "Arsenal"ın qələbəsi 1.20, heç-heçə 4.80, "Qarabağ"ın qələbəsi 8.45.

Digər Xəbərlər
Xəbər Lenti