“Qəbələ”li Ehtiram “Zirə”nin legionerinə kəllə atdı, ara qarışdı - QALMAQAL

16 Oktyabr 2021 19:10 Topaz 1 090
“Qəbələ”li Ehtiram “Zirə”nin legionerinə kəllə atdı, ara qarışdı - QALMAQAL

Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ikinci matçında "Qəbələ" "Zirə"ni qəbul edib.

Qarşılaşma 1:1 hesabı ilə ilə yekunlaşıb. "Qartallar"ın heyətində Cəlal Hüseynov 18-ci dəqiqədə hesabı açıb.

Meydan sahibləri bu qola fasilədən sonra cavab verib. Ülvi İsgəndərov 79-cu dəqiqədə topu qonaqların qapısından keçirib.

Matçdan sonra qalmaqal yaşanıb. "Qəbələ"nin futbolçusu Ehtiram Şahverdiyev Dmitrios Çantakiasa başı ilə zərbə endirdiyi üçün qırmızı vərəqə alaraq meydandan qovulub.

Yunanıstanlı müdafiəçi isə sarı vərəqə alıb. Komanda yoldaşları Şahverdiyevi sakitləşdirməkdə çətinlik çəkib.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı