Qumarda uduzan ata borclarını ödəmək üçün oğlunu satdı

26 Mart 2019 19:12 Topaz 1 084
Qumarda uduzan ata borclarını ödəmək üçün oğlunu satdı

Futbol totalizatoruna aludə olmaq, adətən, pis nəticələnir.

Sportinfo.az xəbər verir ki, Çində bir atanın bu üzdən borcları yaranıb.

O, çıxış yolunu oğlunu satmaqda görüb. Çinin Quyyan şəhərinin sakini 60 min yuan (təxminən 9 min dollar) borcunu ödəmək üçün övladını satmaq fikrinə düşüb.

Uşağı tanımadığı ailəyə təklif edib. Quyçjou vilayətində yaşayan adam həmin ailəni inandırıb ki, həyat yoldaşını, valideynlərini itirb, uşağı saxlaya bilmir. Uşağı götürməyə razı olublar.

Kişi 2018-ci ilin noyabrında oğlunu Quyyandan 1800 km aralı vilayətə aparıb. Bunun üçün həyat yoldaşına yalan danışıb.

Deyib ki, uşağı nənəsigilə aparır. Hər dəfə uşaqdan söz düşəndə o bir bəhanə fikirləşirmiş. Qadın şübhələnməyə başlayıb.

Hadisədən üç ay sonra ərinin telefonunda oğlunu övladlığa götürənlərlə yazışmanı görəndə hər şeyi anlayıb.

Qayınanasigilə gedib uşağı orada görməyəndə polisə müraciət edib. Əri həmin gün yoxa çıxıbmış.

Uşağı tapıb anasına qaytarıblar. Qadının ərini Quyyandakı mehmanxanaların birində saxlayıblar. Onu uşaq alveri maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediblər.

Digər Xəbərlər
Xəbər Lenti