Futbola xor baxan "Topaz"ın "mənəm-mənəmliy"inə son veriləcək…

17 Aprel 2019 19:00 Topaz 995
Futbola xor baxan "Topaz"ın "mənəm-mənəmliy"inə son veriləcək…

Deyəsən, «Topaz» əsas məqsədindən tezliklə uzaqlaşacaq. «Azərinteltek» şirkətinin yeni rəhbərliyi brendin yaradılma prinsipinə arxa çevirmək yolu tutub.

İskndər Cavadovun adını daşıyan Bakı Ftbol Akademiyası ilə bağlı yaranmış vəziyyət bizi belə düşünməyə məcbur edir.

Problemlər bu ilin əvvəlindən başlayıb və təəssüflər ki, hələ də bitməyib. Belə ki, «Topaz» ötən ilin son rübündə bağladığı müqavilə şərtlərinə birtərəfli qaydada əməl etmir.

Anlaşmaya əsasən, şirkət akademiyanın fəaliyyətinə dəstək verməyi öz üzərinə götürüb. Bunun üçün aylıq 1000 manat nəzərdə tutulub. İlk 3 ayda ödəmələr edilsə də, bu ilin yanvarından proses «dondurulub».

Bizdə olan məlumata görə, haqqı pozulmuş tərəf məsələni araşdırmaq niyyəti ilə «Topaz»a müraciət edib.

Dəfələrlə belə bir cəhddə bulunsalar da, şirkət mövzudan yayınıb və hansı səbəbdən belə addım atmaqlarını izah etməyib. Sadəcə, yola verirlər.

Bildik, «Topaz» 4 aya yaxındı media ilə əlaqələrini kəsib. BFA isə nə saytdı, nə də sıradan tərəfdaş.

Bu, Azərbaycanın «Şöhrət» ordenli veteran futbolçusunun adını daşıyan akademiyadı. Cavadov onu öz fikriylə yaratmayıb – dövlət təklif verib, təşəbbüs göstərib, o da qollarını çırmalayıb.

1000 manat indi nədi kİ, «Topaz» onu da BFA-na qıymır? Gündə milyonlar qazanılar e! Gözləri doymur ki, doymur!

Biz bu məsələni artıq neçənci dəfədi qaldırır və istəyirik ki. Uşaq futbolunun inkişafı naminə fəaliyyətə başlayan akademiya yarıyolda qalmasın. «Topaz»ın nə istədiyi isə qaranlıqdı.

Qazanırsansa, qazandırmalısan – bu, «Azərinteltek»in öhdəliyidi. Ancaq görürük ki, şirkət öz təməl prinsipindən yayınır, ona xəyanət edir.

Cənab prezident İlham Əliyev xalqa xidmət eləyir. O, öz ad gününü Ağcabədidə – qaçqın və köçkün ailələri ilə bir yerdə keçirir.

Ölkənin başçısı daim sadə insanların yanındadı, onların qayğıları, problemləri ilə maraqlanır, dinləyir, həll edir. Hər bir azərbaycanlı sevinməlidi ki, onun belə bir prezidenti var.

Dövlətimizin rəhbəri xalqa bu cür xidmət göstərirsə, «Topaz»ın yeni rəhbərliyi niyə öz üzərinə düşəni etməməlidi? Kimdi axı onlar?

Futbol olmasa, nə «Topaz» olar, nə başqa şey. «Azərinteltek» respublikanın yeganə qanuni mərc oyunları operatorudu.

Hazırda bu müstəsna hüquq onlardadı, ancaq belə getsə, ikinci brendin ortalığa çıxması qaçılmazdı.

«Topaz» futboldan qazandıqlarının cüzi bir hissəsini ona gəlir gətirən sahəyə qaytarmaq, kömək etmək istəmirsə, təbii ki, onunla bağlı bir tədbir görülməsi zərurəti yaranacaq.

İkinci bir operatorun yaradılması təqdirdə, yəqin ki, «Topaz»ın başına keçən yeni yönətim nə boyda səhvə yol verdiklərini anlayacaq. Amma hələ də gec deyil…

Uşaq futboluna yatırım etmək müvafiq dairələrin borcudu. Dövlətimiz idmanın digər sahələrinə olduğu kimi, futbolu da diqqət və qayğı ilə himayə edir.

«Topaz»a şərait yaradılıb ki, dotasiya aksiyasına qoşulsun. Onlar isə yaxasını kənara çəkir, bu azmış kimi, «mənəm-mənəmlik» azarına tutulb.

Nəvaxtadək? İ

nanırıq ki, az qalıb. Nəhayətdə rəsmi çevrələr bu gerçək vəziyyəti biləcək və idman siyasətinə xələl gətirənlərə öz yerini göstərəcək.

Pis günün ömrü az olar…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti