"Qarabağ"dan qazanmaq olar?

8 Noyabr 2018 18:12 Topaz 888
"Qarabağ"dan qazanmaq olar?

Bu gün günlərdən "Qarabağ"!!! Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsində 4-cü oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, 2 həftə əvvəl Bakıda "Vorskla"ya 0:1 uduzan komandamız Ukraynaya revanş əzmi ilə yollanıb.

Əvvəlki 3 turda bir qol belə vurmadan bütün oyunları uduzan "Qarabağ" nəhayət bu axşam "tilsimi" qırmağa çalışacaq: həm ilk qolu vurmağa, həm də ilk xalı və ya xalları qazanmağa.

İlk qələbəsini Bakıda "Qarabağ" üzərində qazanan Poltava təmsilçisi isə eyni nəticəni bu axşam da təkrarlayarsa, qrup 2-cisi olmaq şansını saxlayacaq.

Hər iki tərəf üçün böyük əhəmiyyət daşıyan bu görüşə "Qarabağ"dan zədəli Ansi Aqolli istisna olmaqla qalan bütün futbolçular hazırdır.

"Vorskla"da da heyətlə bağlı ciddi problem yoxdur. Yalnız Vasin və Kobaxidzenin oynayacağı sual altındadı.

Gecə saat 12-də başlanacaq və bütün Azərbaycanın böyük maraqla gözlədiyi bu qarşılaşmaya ölkənin yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da xüsusi status verilib.

Belə ki, "Vorskla"-"Qarabağ" matçına "Topaz"da həm canlı, həm də "təkli oyun" kimi mərc etmək olar. Əmsallar: "Vorskla"nın qələbəsi 2.35, heç-heçə 2.80, "Qarabağ"ın qələbəsi 2.70.

Digər Xəbərlər
Xəbər Lenti