Görək, "Qarabağ" kapitanına hansı hesabı "hədiyyə" edəcək?

29 Noyabr 2018 14:00 Topaz 808
Görək, "Qarabağ" kapitanına hansı hesabı "hədiyyə" edəcək?

Bu gün "Topaz"da xüsusi günlərdən biridi.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru öz müştərilərinə Avropa Liqasının bu axşam keçiriləcək 24 görüşündən 22-sinə "təkli" mərc etmək imkanı verir.

Canlı mərci isə bütün oyunlara etmək olar. O cümlədən Azərbaycan çempionu "Qarabağ"ın "Sportinq"lə qarşılaşmasına.

"Qarabağ" pley-offa çıxmaq üçün nəzəri şansları saxlamaq istəyirsə, bu axşam mütləq qalib gəlməlidi.

"Sportinq" isə hətta heç-heçə edərsə və qrupun digər matçında "Vorskla" "Arsenal" qarşısında xal itirərsə, 116 finala vəsiqəni rəsmiləşdirəcək.

"Qarabağ"da zədəli Emeqara oynamayacaq. "Sportinq"in isə müxtəlif səbəblərdən bir neçə əsas oyunçusu - Akunya, Battaqliya, Montero, Rafinya, Ristovski meydana çıxmayacaq.

"Sportinq"in 3 həftə əvvəl təyin olunan yeni baş məşqçisi Marsel Keyzer axşamkı qarşılaşmada bir neçə gənc futbolçuya şans verəcəyini bildirib.

"Qarabağ" üçün matçı əhəmiyyətli edən məqamlardan biri də kapitan Rəşad Sadıqovun avrokuboklarda 100-cü oyuna çıxmasıdır.

Görək, "Qarabağ" futbolçuları öz kapitanlarının yubiley görüşünə hansı hesabı "hədiyyə" edəcək? Bakı Olimpiya Stadionunda saat 21:55-də başlanacaq matçı çexiyalı hakimlər briqadası idarə edəcək.

"Qarabağ"ın Avroliqadakı sonuncu ev oyununa "Topaz"da "təkli" və canlı mərc edə bilərsiz. Əmsallar: "Qarabağ"ın qələbəsi 3.15, heç-heçə 3.10, "Sportinq"in qələbəsi 2.20.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!