"Sponsorluqla bağlı danışıqlar aparıldığını eşitdikdə çox təəccübləndik"

6 Avqust 2019 13:12 Topaz 845
"Sponsorluqla bağlı danışıqlar aparıldığını eşitdikdə çox təəccübləndik"

"Topaz" 8 il ərzində Peşəkar Futbol Liqasının sponsoru olub.

Bu addım müqavilə bitdiyi üçün atılıb, söhbət sponsorluqdan imtinada deyil, müqavilənin uzadılmamasından gedir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri qaynarinfo-ya açıqlamasında "Topaz" şirkətinin direktoru Vüsal Məmmədov deyib.

O, bildirib ki, Topaz Azərbaycan idmanını fəal şəkildə dəstəkləməyə davam edir və bu il bütün səylərini Olimpiya istiqamətlərinə yönəltməyə qərar verib:

"Bizim dəstəyimiz bəzi idman növlərini əhatə edəcək. Bunlara voleybol və kiber idmanını misal göstərə bilərəm.

Bundan başqa "Topaz" bir sıra olimpiya idman növlərinə dəstək verən qurum kimi tanınan "Azeridmanservis" in rəsmi tərəfdaşıdır.

Topaz" Olimpiya hərəkatına və Azərbaycan idmanına dəstəyini davam etdirəcəkdir. Ölkənin inkişafının və millətin sağlamlığının ən vacib istiqamətləri olaraq.

"Topaz" Azərbaycan ərazisində qeydiyyata alınan, 2011-ci ildən ölkənin qanunvericiliyinə uyğun fəaliyyət göstərən bir bukmeker agentliyidi.

PFL-in rəsmi nümayəndəsindən xarici bukmeykerlə Azərbaycanda sponsorluqla bağlı danışıqlar aparıldığını eşitdikdə çox təəccübləndik.

Bildiyimizə görə, heç bir xarici şirkətin respublika ərazisində bukmeyker fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası yoxdu".

19 yanvar 2010-cu il tarixində təsis edilmiş və ticarət nişanı olan "TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.

"TOPAZ” markası yarandığı dövrdən bu zamanadək idmanın inkişafına xüsusi dəstəkçi olaraq 2012-ci ildən etibarən Azərbaycan Premyer Liqasının sponsoru, müxtəlif federasiyaların xüsusi dəstəkçisidi.

Bundan başqa, Caspiantech QSC hal-hazırda müxtəlif layihələr üzərində çalışaraq Azərbaycanda fərqli idman növlərinin inkişafı üçün çalışır.

Xəbər Lenti