Bu axşam "Qarabağ"dan nə qədər pul qazanmaq mümkündü?

25 Oktyabr 2018 19:48 Topaz 959
Bu axşam "Qarabağ"dan nə qədər pul qazanmaq mümkündü?

Sportinfo.az xəbər verir ki, 3 gündü davam edən avrokubok həyəcanına bu axşam Azərbaycan azarkeşi də qoşulacaq.

Söhbət, təbii ki, "Qarabağ"ın oyunundan gedir.

Avroliqanın qrup mərhələsinin 3-cü turunda Azərbaycan çempionu "Vorksla"nı qəbul edəcək. Hər iki komanda ilk 2 turda nüfuzlu rəqiblərinə - "Arsenal" və "Sportinq"ə uduzublar.

"Qarabağ" qrupda keçirdiyi iki oyunda qol vura bilməsə də ("Sportinq"lə 0:2, "Arsenal"la 0:3), "Vorskla" meydanı qolsuz tərk etməyib ("Arsenal"la 2:4, "Sportinq"lə 1:2). İndiyədək Ukrayna klubları ilə iki dəfə üz-üzə gələn Ağdam təmsilçisi bu oyunlardan birini udub, birini uduzub.

Bu, "Dnepr"lə 4 il əvvəl Avroliqada baş tutan görüşlərdir. "Vorskla" isə indiyədək Azərbaycan klubları ilə qarşılaşmayıb. "Qarabağ"dan axşamkı matçda Donald Geryenin oynamayacağı dəqiqdi.

"Vorskla"da əsas oyunçulardan Aleksandr Kobaxidze və Denis Vasin zədəlidir. Heyətdəki itkilərə baxmayaraq, hər iki komandanın qrupda ilk xalı və ya qələbəni qazanmaq üçün bütün gücünü ortaya qoyacağı şübhə doğurmur.

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq. Bütün Azərbaycanın böyuk maraqla gözlədiyi bu qarşılaşmaya ölkənin yeganə qanuni mərc oyunları operatoru olan "Topaz" da xüsusi yanaşır.

Proqnoz həvəskarları bu matça həm "təkli", həm də canlı mərc edə bilər. "Topaz"ın təklif etdiyi əmsallar belədir: "Qarabağ"ın qələbəsi 1.65, heç-heçə 3.35, "Vorskla"nın qələbəsi 5.00.

Digər Xəbərlər
Xəbər Lenti