Hökumət Premyer Liqanın sponsoru ilə bağlı qərar verdi

14 Mart 2017 17:24 Topaz 1 175
Hökumət Premyer Liqanın sponsoru ilə bağlı qərar verdi

Nazirlər Kabineti “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda dəyişiklik edib. Sportinfo.az xəbər verir ki, qaydaya əsasən Azərbaycan Respublikasının ərazisində idman mərc oyunlarını yalnız Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunlarının operatoru) həyata keçirə bilər.

Dəyişiklik mərc oyunları operatorunun mərc oyunlarının təşkili və oynanılması ilə bağlı aşağıdakı hüquq və vəzifələri ilə bağlıdı. Dəyişikliyə əsasən, operatorun hüquq və vəzifələri artırılıb. Bundan sonra operator idman yarışlarının manipulyasiyasına şübhə olduğu halda dərhal Gənclər və İdman Nazirliyinə, maliyyə bazarlarına nəzarət orqanına və prokurorluğa məlumat verməlidi. Azərbaycanda idman mərc oyunlarının operatoru və Premyer Liqanın titul sponsoru "Topaz"dı.

Digər Xəbərlər
Xəbər Lenti