Bakıda “Topaz”dan oğurluq etmiş şəxs saxlanıldı

28 Aprel 2018 00:30 Topaz 1 067
Bakıda “Topaz”dan oğurluq etmiş şəxs saxlanıldı

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə F.X.Xoyski küçəsindəki “Topaz” mərc oyunları məntəqəsindən 85 manat pul, 6 ədəd televizor, 2 ədəd noutbuk və müşahidə kamerasının yaddaş kartının oğurlanması barədə müraciət daxil olub.

Sportinfo.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və 17-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Rəşidov olduğu məlum olub, törətdiyi digər cinayət əməllərinin də üstü açılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun digər “Topaz” mərc oyunları məntəqəsindən də 1 ədəd videokamera, 1 ədəd televizor, 2 ədəd noutbuk və 50 ədəd lotoreya bileti, həmçinin rayon ərazisindəki gözəllik salonlarından birindən 1 ədəd televizor və 2000 manat dəyərində süni saç oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Digər Xəbərlər
Xəbər Lenti