“Topaz”da işləyən oğlanı plan qurub öldürdülər - FOTOLAR

3 Oktyabr 2017 08:36 Topaz 1 037
“Topaz”da işləyən oğlanı plan qurub öldürdülər - FOTOLAR

Sumqayıtda qətl törədilib. Sportinfo.az xəbər verir ki, Sumqayıt şəhəri Bakı prospektində – Sumqayıt avtovağzalının yaxınlığında naməlum şəxs 27 yaşlı Amal Nadirlini bıçaqlayaraq qaçıb.

Boyun nahiyəsindən ağır xəsarət alan A.Nadirli qanitirmə nəticəsində vəfat edib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən bu il sentyabr ayının 24-də Füzuli rayon sakini Amal Nadirlinin Sumqayıt şəhəri ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən döyülməsi, zərərçəkənin baş nahiyyəsinin əziyi xəsarətləri ilə Bakı şəhəri Neyrocərrahiyyə xəstəxanasına daxil olması və aldığı xəsarətlərdən orada ölməsi faktı əsasında əməliyyat-axtarış, eləcə də istintaq tədbirləri həyata keçirilib.

Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) rəhbərliyinin xüsusi nəzarəti altında həyata keçirilən əməliyyat nəticəsində A.Nadirlinin Abşeron rayonu Saray qəsəbə sakinləri Çingiz Babayev, Fərid Bağırov, Kamran Qurbanov, Murad Eyvazov və Ağstafa rayon sakini Əkbər İsgəndərov tərəfindən törədildiyi müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri saxlanılaraq istintaqa təqdim edilib.

Araşdırma zamanı məlum olub ki, qeyd olunan cinayətdə şübhəli bilinən şəxslər Saray qəsəbəsində “Topaz” mərc oyunları məntəqəsində işləyən A.Nadirlinin pulunu quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə qrup halında birləşiblər.

Hazırlanan plana əsasən dəstə üzvü K.Qurbanov Ə.İsgəndərovun mobil telefonu vasitəsilə A.Nadirlinin obyektdən çıxaraq taksiyə minib getməsini dəstənin digər üzvlərinə xəbər verib. Dəstənin digər 4 üzvü Ç.Babayevin avtomobilində onu təqib etməyə başlayıblar.

Sumqayıt şəhərinə çatanda isə A.Nadirli taksidən düşərək avtobusa minib. Bu zaman dəstə üzvlərindən F.Bağırov, M.Eyvazov və Ə.İsgəndərov növbə ilə həmin avtobusa minərək A.Nadirlini izləyiblər. Avtobusdan düşəndən sonra F.Bağırov və M.Eyvazov A.Nadirliyə hücum edərək onu döyüb 550 manat pulunu alaraq hadisə yerindən qaçıblar.

Digər Xəbərlər
Xəbər Lenti