“Topaz” keçiriləcək matçın nəticəsini öncədən satır?

29 Sentyabr 2017 21:00 Topaz 1 296
“Topaz” keçiriləcək matçın nəticəsini öncədən satır?

Bu gün - 29.09.2017 tarixində “Topaz”da olan 3 futbol oyununun 100% dəqiq nəticəsinin satıldığı haqda sosial şəbəkədə elan yerləşdirilib.

Sportinfo.az xəbər verir ki, Afaq Ağayeva adlı "feysbuk" istifadəçisi özünü “Topaz” bukmeykeri kimi təqdim edib və bildirib ki, satılan hər bir oyunun qiyməti 100 manatdı.

Məlumata görə, ödəniş kupon gəldikdən sonra e-topaz hesabına edilir. Xanım bildirib ki, təkcə şəxsiyyət vəsiqəsinin şəklini göndərməklə kuponları əldə tmək mümkündür.

Hələ oynanmamış oyunun “100 faiz doğru” nəticələrinin satılması ilə bağlı məlumatı axar.az-a şərh edən “Topaz” rəsmisi bildirib ki, “Topaz”ın ümumiyyətlə belə xidməti yoxdur:

“Topaz”da hansısa oyunun əvvəlcədən nəticəsi barədə məlumat verməsi və oyunu satışa çıxarması kimi bir xidməti yoxdu.

“Topaz”ın adından yanlış məlumatı paylaşan səhifənin kimə məxsus olduğunu bilmirik. Feysbuk sosial şəbəkəsində “Topaz”ın öz rəsmi səhifəsi var. Həmin rəsmi səhifədə bu tipli heç bir təklif yoxdur, olması da mümkün deyil.

Oyunlar təşkilatçılar tərəfindən keçirilir. Orada da rəsmi nəticələr verilir. Səhifədə ümumiyyətlə oyunların alınıb-satılması barədə məlumat olmur. Sizi əmin edirik ki, həmin məlumatı paylaşan səhifənin “Topaz”la heç bir bağlılığı, əlaqəsi yoxdur”.

“Topaz”dan bildiriblər ki, onlar ancaq mərci təklif edən operatordu: “Rəsmi virtual agent olaraq “Topaz”ın saytı var. Orada proqnoz təklifi var.

Ancaq oynanmamış oyunun nəticəsinin əvvəlcədən satılması kimi bir xidmət ümumiyyətlə yoxdu. Çünki oyunun necə nticələnəcəyini əvvəlcədən bilmək mümkün deyil. Topaz mərci təklif edən operatordu. Nə oyun təşkilatçısıdır, nə də nəticələrə təsir edən qurum”.

Digər Xəbərlər
Xəbər Lenti