“Topaz”da uduzan "Qaradağ"ın baş mütəxəssisi 12 il "içəri"də

27 Sentyabr 2017 12:24 Topaz 1 549
“Topaz”da uduzan "Qaradağ"ın baş mütəxəssisi 12 il "içəri"də

Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə şəxsin adına kredit götürüb “Topaz”da uduzan Beynəlxalq Bankın "Qaradağ" filialının kredit şöbəsinin baş mütəxəssisi Elnur Hüseynov, Azər İsmayılov və Aqilə Piriyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sportinfo.az xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə cəza istənilib. Dövlət ittihamçısı çıxış edərək E.Hüseynovun 12 il, A.İsmayılovun 2 il, A.Piriyevanın 1 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. E.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilsə də, digər iki şəxs azadlıqda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti