"Topaz"da 2 manatın üstündə satıcını bıçaqladılar

14 İyun 2017 14:48 Topaz 944
"Topaz"da 2 manatın üstündə satıcını bıçaqladılar

"Topaz" mərc oyunları məntəqələrindən birində dava olub. Sportinfo.az xəbər verir ki, hadisə Bakının Nərimanov rayonunun Ağa Nemətulla küçəsində qeydə alınıb. 1994-cü il təvəllüdlü Yusifzadə Fərid Vaqif oğlu mübahisə zəminində naməlum şəxslər tərəfindən döyülərək xəsarət alıb. O, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.


Yenicag.az isə yazır ki, Ağa Nemətulla 35 ünvanında yerləşən məntəqəyə müştəri kimi gələn Nəcəfli Ülvi Fərhad oğlu satıcı Yusifzadə Fərid Fazil oğlunu bıçaqlayıb. Bıçaqlanmaya səbəb 2 manatlıq kupon olub.

23 yaşlı satıcı 1990-cı il təvəllüdlü müştərinin kuponunu səhv vurub. Nəcəfli Ülvi isə bunu sərt qarşılayıb. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Satıcını məntəqədən bayıra dəvət edən müştəri, yaranan mübahisə nəticəsində Yusifzadə Fəridə 4 bıçaq zərbəsi endirib.

Zərərçəkən şəxs dərhal 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti normaldır və sabah evə buraxılacaq. Nəcəfli Ülvi isə polis tərəfindən saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Digər Xəbərlər
Xəbər Lenti