Bu ədəbsizliyi “Sumqayıt”ın futbolçusu etdi - FOTO

6 Aprel 2020 12:16 Sumqayıt 1 094
Bu ədəbsizliyi “Sumqayıt”ın futbolçusu etdi - FOTO

“Sumqayıt”ın futbolçusu Əmir Ağayev xoşagəlməz hərəkətlə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi sosial şəbəkədə cinsi orqanını nümayiş etdirən bəbir fotosu paylaşıb.

Bu, “Çəhrayı bəbir” cizgi filminin qəhrəmanıdır.

Ağayev açıqlamasında uşaqların dayəsinin bəbirin quyruğunu kəsdiyini və belə görkəmə saldığını bildirib. Lakin futbolçu mənasız və şit zarafatına görə üzr istəməyib: “Kimin problemi varsa, mənim səhifəmə baxmasın”.

Əmir Ağayev “Sumqayıt”a 2019-cu il yanvarın 31-də keçib. “Bney Yehuda” klubunun yetirməsinin müqaviləsi cari mövsümün sonunadəkdir. 28 yaşlı yarımmüdafiəçinin Azərbaycan millisinə cəlb olunması da gündəmdədir.

Digər Xəbərlər
Xəbər Lenti