Azərbaycan klubu baş məşqçisinin maaşını artırdı

12 Fevral 2020 11:48 Sumqayıt 1 982
Azərbaycan klubu baş məşqçisinin maaşını artırdı

Ötən mövsüm «Sumqayıt»ı tarixində ilk dəfə ölkə kubokunun finalına çıxaran Ayxan Abbasovun əməkhaqqısı artırılıb.

Sportinfo.az-ın məlumatına görə, klubun prezidenti Riad Rəfiyev baş məşqçinin xidmətini maddi planda qiymətləndirib.

Belə ki, «Pro» kateqoriyalı gənc mütəxəssisin maaşı 4000 manatdan 6000 manata qaldırılıb. Onun «kimyaçılar»la sözləşməsi mövsümün sonunda başa çatacaq.

Artıq «gənclik şəhəri» təmsilçisi Abbasovla müqavilənin müddətini indidən uzatmaq fikrindədir. Hərçənd ötən sezonun əvvəlindən komandanı çalışdıran Ayxan bəyin bəzi təklifləri də var.

O, milli ilə yanaşı, «Neftçi»yə də namizəd göstərilir. «Zirə» də sabiq sükançısını geri qaytarmağa az cəhd göstərmir.

Digər Xəbərlər
Xəbər Lenti