Ayxan Abbasov: "Nə qədər sevindiksə, bir o qədər məyus olduq"

14 Yanvar 2020 18:13 Sumqayıt 880
Ayxan Abbasov: "Nə qədər sevindiksə, bir o qədər məyus olduq"

"Antalya toplanışında bu gün ilk oyunumuzu keçirdik. Uşaqları istədiyimdən də yaxşı gördüm".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov klubun saytına açıqlamasında deyib. Gənc mütəxəssis bu gün Antalyada Macarıstan təmsilçisi "Kapoşvar"a 3:4 hesabı ilə uduzduqları yoxlama oyunu haqda fikirlərini bölüşüb:

"Hər hissədə fərqli heyətlə oynadıq. Ümumilikdə futbolçuların hərəkətli olmaları məni sevindirdi. Verilən tapşırıqları səhvsiz yerinə yetirməyə çalışdılar. Vurduğumuz 3 qol üçün nə qədər sevindiksə, buraxdığımız toplara da bir o qədər məyus olduq. Qarşıdakı oyunlarda daha da diqqətli olub, bu oyunda etdiyimiz səhvləri təkrarlamamalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!