Samir Abasovun vaxtında yaranan problemə görə kömək istədilər: “Mən sözümün ağasıyam”

3 Noyabr 2024 16:30 Sumqayıt 1 975
Samir Abasovun vaxtında yaranan problemə görə kömək istədilər: “Mən sözümün ağasıyam”

«Sumqayıt»ın futbolçuları Vaqif Cavadova müraciət edib.

«Kimyaçılar» Premyer Liqanın ilk dövrəsində əldə olunan 2 qələbə və 1 heç-heçəyə görə mükafatların verilməsində yeni baş məşqçi əvəzindən kömək istəyib.

Oyunçular Samir Abasovun məsələnin həllinə barmaqarası yanaşdığını xatırladıb, müvəqqəti çalışdırıcıdan dəstək umub.

Cavadov isə öz növbəsində bildirib ki, ondan qabaq yaşanan hadisələrə görə heç bir məsuliyyət daşımır, amma problemi araşdıracaq:

«Mən yalnız bundan sonra olanlara cavabdehəm. Nə deyirəmsə, sözümün ağasıyam» - o, söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar