Gürcüstan millisinin sabiq yarımmüdafiəçisi Premyer Liqamızda - SON DƏQİQƏ

18 Sentyabr 2024 17:20 Sumqayıt 2 816
Gürcüstan millisinin sabiq yarımmüdafiəçisi Premyer Liqamızda - SON DƏQİQƏ

"Sumqayıt" heyətini yeni transferlə gücləndirib.

"Kimyaçılar" Gürcüstan millisinin sabiq üzvü Giorgi Khairashvili ilə anlaşıb.

28 yaşlı mərkəz yarımmüdafiəçisinin son klubu Türkiyənin "Kocaelispor" komandası olub.

"Saburtalo"nun yetirməsi ölkəsində "Dinamo"da çıxış edib.

İsveçdə "Göteborq"un, Macarıstanda isə "Ferentsvaroş"un şərəfini qoruyub.

O, Gürcüstanın əsas milli komandasında keçirdiyi 6 matçda 1 qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı