COP29

Başına gələn hadisə ilə hamını kədərləndirən legioner Azərbaycana qayıtdı

25 Fevral 19:00 Sumqayıt 738
Başına gələn hadisə ilə hamını kədərləndirən legioner Azərbaycana qayıtdı

“Sumqayıt”ın zədəli legioneri Kristian Velinovski Azərbaycana qayıdıb.

O, ötən ilin son günlərində Şimali Makedoniyaya yola düşmüşdü.

24 yaşlı yarımmüdafiəçi 2 aydan artıq vətənində müalicəsi ilə məşğul olub.

Yarımmüdafiəçinin durumu hazırda kifayət qədər yaxşıdır.

Artıq ayağa duran vinger asanlıqla gəzə bilir.

Amma onun yaşıl meydanlara dönüşünü bir qədər də gözləmək lazım gələcək.

Bundan sonrakı bərpa dönəmini Azərbaycanda keçirəcək.

Ötən ilin noyabr ayında Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən “Lerik”ə qarşı matçın 23-cü dəqiqəsində “Lerik”in futbolçusu Rahid Ağazadə şimali makedoniyalı oyunçuya qarşı açıq ayaqla kobud oynayıb.

Nəticədə Velinovskinin ayağı qırılıb. O, təcili tibbi yardım maşını ilə xəstxanaya aparılıb.

Əcnəbi futbolçunun mövsümün son turlarında meydanlara dönüşü ehtimal olunur.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!