Bu hadisə "Sumqayıt"da ilk dəfə baş verdi

30 Noyabr 2023 13:40 Sumqayıt 530
Bu hadisə "Sumqayıt"da ilk dəfə baş verdi

“Sumqayıt” tarixinin ən böyükhesablı qələbəsini qazanıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu komanda buna Azərbaycan kubokunun II təsnifat mərhələsində imza atıb.

“Gənclik şəhəri” təmsilçisi “Lerik”lə səfər görüşündə 6:0 hesablı qələbə qazanıb. Bu, 2010-cu ildə yaradılan klubun tarixində 6 top fərqi ilə ilk qələbədir.

“Sumqayıt” bunadək ən böyük qələbəsini Premyer Liqada əldə edib. “Gənclik şəhəri” təmsilçisi 2022-ci il mayın 21-də, “Səbail”lə ev görüşündə 5 cavabsız qolla qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?