"Neftçi"də SON DƏQİQƏ – Baş məşqçi getmək niyyətində olduğunu dedi…

7 Noyabr 2022 14:00 Sumqayıt 1 711
"Neftçi"də SON DƏQİQƏ – Baş məşqçi getmək niyyətində olduğunu dedi…

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf yaxın günlərdə Azərbaycandan ayrıla bilər.

Bu barədə Sportinfo.az-a paytaxt klubundan yeni məlumat daxil olub.

Redaksiyamızın buradan əldə etdiyi informasiyaya görə, rumıniyalı çalışdırıcı iş yerini dəyişmək barədə düşündyünü rəsmilərin diqqətinə çatdırıb.

İyunda sükan arxasına keçmiş mütəxəssis 2 illik müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verməyə hazır olduğunu deyib.

Ölkəsində qalmaqallı məşqçi kimi tanınan Rege Bakıda özünü rahat hiss etmədiyini, komandanı heç cür toparlaya bilmədiyini söyləyib.

Bir müddət əvvəl xanımı Anamariya Prodanla yaşadığı dava-dalaş görüntüləriylə gündəmə gəlmiş məşqçi Rumıniyaya qayıtmaq variantını gözdən keçirdiyini bildirib.

«Neftçi» onun rəhbərliyi altında uğursuz mövsüm keçirir. Konfrans Liqasında mübarizəni ikinci mərhələdə dayandıran «ağ-qaralar» Premyer Liqada qeyri-sabit çıxışını davam etdirir.

13-cü turda «Sumqayıt»ın qonağı olan bakılılar çempionluq yolunda ağır yara alıb, «Qarabağ» və «Sabah»dan xeyli uzaq düşüb.

Digər Xəbərlər
Xəbər Lenti