“Sumqayıt”ın 180 min qiymət qoyduğu istedadın 3 REAL MÜŞTƏRİSİ VAR - ADLAR

21 May 2022 23:00 Sumqayıt 2 021
“Sumqayıt”ın 180 min qiymət qoyduğu istedadın 3 REAL MÜŞTƏRİSİ VAR - ADLAR

“Sumqayıt”ın istedadlı futbolçusu aparıcı klubların diqqət mərkəzindədir.

Klubun yetirməsi olan Səbuhi Abdullazadə ilə “Qarabağ”, “Sabah” və “Neftçi” yaxından maraqlanır.

Daha doğrusu, maraq ötən yaydan olub. Lakin “Sumqayıt”ın gənclərə böyük transfer qiyməti qoymasından sonra müştərilər geri çəkilmək məcburiyyətində qalıb.

Söhbət “Sumqayıt”ın məhz Səbuhiyə görə tələb etdiyi 180 min manatdan gedir.

Xəyal Nəcəfovu “Neftçi”yə 100 min manata satan Sumqayıt təmsilçisi Səbuhinin satışından 180 min qazanmaq istəyincə, “üçlük” geri çəkilmək məcburiyyətində qalıb.

Səbuhiyə maraq hələ də var. Lakin “Sumqayıt” rəhbərliyi onu 150 min manatdan aşağı buraxmaq niyyətində deyil.

Abdullazadənin klubla müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir. İstedadı gələn il havayı buraxmaq riskini göz önünə alan başbilənlər ona uzunmüddətli yeni müqavilə təklif etməyi planlaşdırır.

Vəziyyətin bu cür olması “8 nömrə”nin iddialı komandalara keçidinin qarşısını ala bilər.

“Sumqayıt”ın transfer qiymətində güzəştə gedib, futbolçunu 100 min manata satmağa razı olacağı inandırıcı görünmür. Müştərilən məhz bu qədər puldan keçməyə hazırdır.

HƏBİB / SPORTİNFO.AZ

Xəbər Lenti