2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” heyətini gücləndirməkdədir.
Xorvatiyadan “Riyeka” ilə danışıqlar uğurla yekunlaşıb və qapıçı Martin Zlomisliç transfer olunub.
Bosniya və Herseqovinalı ilə 3+1 illik müqavilə imzalanıb. 27 yaşlı qolkiper 23 nömrəli formanı geyinəcək.
“Şiroki Briyeq”in yetirməsi 2017-ci ildə əsas komandada debüt edib. 2021-ci ildə “Riyeka”ya keçib.
Bosniya və Herseqovinanın U-19 və U-21 yığmalarında çıxış etmiş qolkiper 2024-cü ildən əsas millidə forma geyinir.
Burada 3 oyuna çıxan Martin Zlomisliç hazırda ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatında iştirak edən Bosniya və Herseqovina yığmasının heyətində yer alıb.
"Riyeka"nın sabiq kapitanı "köhlən atlar" üçün nə vəd edir?
"Sportinfo TV"da yayımlanan video materialda Xanoğlan İmanov yeni transfer barədə danışıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

