Futbolumuzun inkişafı üçün nə etməliyik? - Bu da axtardığınız VİDEO

16:40 Sportinfo TV 79
Futbolumuzun inkişafı üçün nə etməliyik? - Bu da axtardığınız VİDEO

“QOLAT Sport Services & Football Agency”nin təşkilatçılığı ilə bugünlərdə paytaxtımızda “Football Conference Baku” keçirildi.

Xarici qonaqların da qatıldığı törən futbol sənayesinin müxtəlif istiqamətlərini əhatə edən müzakirələrlə yadda qaldı.

İki gün davam edən konfransda futbolun inkişaf prioritetləri, federasiya və klub səviyyəsində idarəetmə modelləri, gənc futbolçuların inkişafı və uzunmüddətli strategiyalar müzakirə edildi.

Sessiyalarda müasir futbolun ən aktual mövzularından olan skautinq və transfer siyasəti, oyunçu seçimi prosesləri və transfer bazarındakı yeni tendensiyalar ətrafında fikir mübadiləsi aparıldı.

Konfrans iştirakçıları həmçinin məşqçilərin, klub rəhbərlərinin və aparıcı futbolçuların komanda daxilində görünməyən liderlik rollarını, region ölkələrində futbolun inkişaf perspektivlərini və klublarla federasiyalar arasında əməkdaşlıq imkanlarını dəyərləndirdilər.

“Sportinfo TV“nin çəkiliş qrupu “Football Conference Baku”nu yaxından izləyib, tədbirə aid videoreportaj hazırlayıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti