Avropanı fəth edən Azərbaycan millsinin heç yerdə olmayan VİDEO görüntülərini izləyin...

14:40 Sportinfo TV 112
Avropanı fəth edən Azərbaycan millsinin heç yerdə olmayan VİDEO görüntülərini izləyin...

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub.

Elşad Quliyevin baş məşqçisi olduğu komanda finalda Ukrayna seçməsini məğlub edib.

“Tipos Arena”dakı oyun 2:0 hesabı ilə bitib. Komandanın qollarına Mirmehdi Rzayev və İsa Atayev imza atıb.

Beləliklə, minifutbol üzrə Azərbaycan millisi ikiqat Avropa çempionu olub. Komanda daha əvvəl 2022-ci ildə titula sahib çıxıb.

Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitən yarımfinal görüşünün penaltilər seriyasında Serbiya seçməsini üstələyib – 3:1.

F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gələn komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edib.

“Sportinfo TV“ Slovakiyadan növbəti videoreportaj hazırlayıb.

Budəfəki süjet final gününü əhatə eləyir. Çempionluq matçından öncə, oyun və sonra yaşanan bütün hadisələr burada öz əksini tapıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti