"Biz çempionluğa oynayırdıq, problemlər bizə mane oldu" - MÜSAHİBƏ

19:00 Sportinfo TV 197
"Biz çempionluğa oynayırdıq, problemlər bizə mane oldu" - MÜSAHİBƏ

Premyer Liqa uğurunda pley-off matçında "Qəbələ" - "Mingəçevir" qarşılaşıb.

"SOCAR POLMYER Arena"da keçirilən görüş "qırmızı qaralar"ın qələbəsi ilə bitib - 2:0.

Hesab daha böyük ola bilərdi, əgər qapıda Orxan Sadıqlı olmasaydı.

Kiper ən azı 4-5 dəfə komandasını real qoldan xilas edib.

"Xəzər Lənkəran" yetirməsi görüşdən sonra Sportinfo.az-a müsahibə verib.

O, ilk olaraq matçı dəyərləndirib.

- Oyuna ciddi hazırlaşmışdıq. Qarşımızdakı Premyer Liqa komandası idi. Əlimizdən gələni etdik. Amma liqalar arasındakı səviyyə fərqi sözünü dedi. Qələbə qazana bilmədik, amma önümüzə baxacağıq.

- Məğlubiyyətə rəğmən dəfələrlə komandanı qoldan xilas etdin. Bu barədə nələr deyə bilərsən?

- Hər oyun komandama kömək etməyə çalışıram. Bu gün də kömək etməyə çalışdım. Nə qədər bacarıb, bacarmadığım kənardan daha yaxşı bilinər. Bu mənim işimdir.

- Pley-offa vəsiqə qazanmağınız belə uğur hesab oluna bilər. Daha iddialı rəqibləri liqada qabaqlaya bildiniz. Baş məşqçi Ramiz Məmmədovun mövsümlə bağlı yekun sözləri nə oldu?

- Açığı, uğurlu olmağımız bizim üçün gözlənilən idi. Əslində biz çempionluğa oynayırdıq. Müəyyən problemlər oldu. Hər yerdə olur belə şeylər. Çempion olmadıq, pley-off oynamalı olduq. Baş məşqçi yaxşı oyuna görə bizi təbrik etdi.

- Mövsümün ən çətin dönəmində maliyyə böhranı yaşandı. Belə şərtlər altında meydana çıxıb oynamaq çətin deyildi?

- Bu, hər yerdə olur. Daxili məsələ idi. Orada da həllini tapdı.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti