Premyer Liqanın 16-cı turu çərçivəsində "Neftçi" Yevlaxa səfər etdi.
"Ağ qaralar"ın çətinliklə qələbə qazandığı matçın qəhrəmanı birmənalı olaraq 1 qol, 1 məhsuldar ötürmə ilə Emin Mahmudov oldu.
Yerli publikanın xüsusi marağı isə Vensan Abubakara idi.
Matça ehtiyatda başlayan forvard isinmə hərəkətləri zamanı, final fitindən sonra meydançanı tərk edərkən fanatların sevgisini çılpaqlığı ilə hiss etdi.
Sabiq "Beşiktaş"lının Yevlax şəhər stadionun tərk etməsi isə əməlli-başlı əzab-əziyyət bahasına başa gəldi.
Həmin anları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:
XANOĞLAN / SPORTİNFO.AZ

