Premyer Liqanın birinci turundan təxirə salınan matçda "Sabah" "Qarabağ"la üz-üzə gəldi.
"Tələblər" vacib görüşdə əhəmiyyəti qələbə qazana bildi - 2:1.
Meydan sahibləri qarşılaşmaya hər zaman olduğu kimi yaxşı hazırlıq görmüşdü.
Hazırda çempionatın iki ən yaxşı kollektivinin üz-üzə gəlməsi azarkeşlərin də diqqətindən qaçmamışdı.
Əbəs deyil ki, havanın kəskin soyuq olmasına baxmayaraq, görüşə maraq böyük idi.
"Sportinfo TV"nin əməkdaşı Xanoğlan İmanov matçdan öncə Masazırda - "Bank Respublika Arena"da yaşananları lentə alıb.
Daha ətraflı aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

