İndi "Neftçi"də hər kəs bu ADAMdan danışır - VİDEO

16 Dekabr 2025 20:00 Sportinfo TV 4 524
İndi "Neftçi"də hər kəs bu ADAMdan danışır - VİDEO

"Neftçi" Premyer Liqada növbəti məğlubiyyətini alıb.

"Ağ qaralar" Masazırda "Sabah"la bacarmayıb - 0:2.

Final fitindən sonra üzgün görünən oyunçular birbaşa paltardəyişmə otağının yolunu tutub.

Yalnız Alessio Kurçi xaric.

90 dəqiqəni ehtiyat oyunçular skamiyasında keçirən forvard təkbaşına fanatların olduğu tribunanın önünə gedərək məğlubiyyətə görə üzrxahlıq edib.

Fanatlar onun davranışını alqışlarla qarşılayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin görüntüləri aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti