Bu gün Premyer Liqada 15-ci tura start verilib.
Açılış oyununda "Zirə" gözlənilmədən "Şamaxı" səfərində məğlub olub - 1:2.
Günün maraqla gözlənilən ikinci matçında "Turan Tovuz" doğma meydanda asanlıqla "Sabah"a uduzub - 1:3.
Bundan sonra Tovuz şəhər stadionunda ara qarışıb.
Azarkeşlər baş məşqçi Kurban Berdiyev istefaya səsləyib.
Bir qisim isə final fitini gözləmədən arenanı tərk etməklə etirazını bildirib.
Xanoğlan İmanovun "Sportinfo TV"də yayımlanan növbəti videosu da bu iki görüşü əhatə edir.
İmanov xüsusilə "Turan Tovuz"da başverənlərə diqqət çəkib.
O, Ehtiram Quliyevin zaman itirmədən Berdıyevlə yolları ayırmalı olduğunu bildirib.
Xanoğlan İmanovun geniş çıxışını aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

