“Qarabağ” bu gecə İtaliyada SÜRPRİZ edəcək, yoxsa..? - “Sportinfo TV”də CANLI YAYIM

25 Noyabr 2025 23:00 Sportinfo TV 1 344
“Qarabağ” bu gecə İtaliyada SÜRPRİZ edəcək, yoxsa..? - “Sportinfo TV”də CANLI YAYIM

Bu gün "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində növbəti matçı var.

Təmsilçimiz 5-ci tur çərçivəsində səfərdə İtaliya nəhəngi "Napoli"nin qonağı olacaq.

Ağdam təmsilçisinin bu mövsüm nüfuzlu yarışdakı üçüncü səfər oyunu bizə nə vəd edir?

İlk 4 turda əldə olunan müsbət nəticələrin davamını Napolidə də gətirmək mümkün olacaqmı?

Kadi Borqesin yoxluğunu Qurbanov necə unutdura bilər?

"Qarabağ"da futbolçularının əhval-ruhiyyəsi nə yerdədir?

Qurban Qurbanov Antoni Kontenin təəccübləndirə biləcəkmi?

"Qarabağ"ın yeni tapıntısı kimdir?

Hücumda kim(lər) yer alacaq?

Lissabondan sonra Napolidə də ağ bayraqlar havaya qalxa bilər...

Matç öncəsi bu və digər suallara cavab tapmaq üçün saat 23:00-da diqqətiniz “Sportinfo TV”də olsun.

Xanoğlan İmanov aparıcısı olduğu "Avropa həftəsi" verilişində futbol mütəxəssisi Zaur Həşimov ilə canlı yayımla qarşınızda olacaq.

Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edən, onların sevimlisi olan “YaaRa Tekstil”in və “Asadov Pro Bridge”in - beynəlxalq təcrübə prinsipləri üzərində qurulmuş FIFA lisenziyalı futbol agentliyinin dəstəyi ilə təqdim olunur.

YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.

Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.

"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.

“Asadov Pro Bridge” futbolçuların, məşqçilərin, klubların və federasiyaların maraqlarını beynəlxalq səviyyədə təmsil edərək, eyni zamanda Azərbaycan futbolunun dünyaya inteqrasiyasına töhfə verməyi hədəfləyir.

“Asadov Pro Bridge” fəaliyyətinin ilk ilində həm yerli, həm də beynəlxalq səviyyədə 10 uğurlu transfer həyata keçirib.

Agentliyin xidmətlərinə təmsilçilik, hüquqi dəstək, beynəlxalq transferlər, brend və PR idarəçiliyi, fiziki və peşəkar inkişaf, maliyyə və həyat tərzi planlaması daxildir.

Bu gün agentlik Portuqaliya, Xorvatiya, Polşa, Albaniya, Monteneqro, Bosniya, Kosovo, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrdəki nüfuzlu futbol agentlikləri ilə rəsmi əməkdaşlıqlar qurur.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti