Hazırda "Neftçi"nin düşərgəsində nələr yaşanır..? - “Sportinfo TV”də CANLI YAYIM

21:00 Sportinfo TV 351
Hazırda "Neftçi"nin düşərgəsində nələr yaşanır..? - “Sportinfo TV”də CANLI YAYIM

Yevlaxda 15 illik həsrət məğlubiyyət və istefa ilə başa çatdı.

Mövsümə damğasını vuran görüş Sumqayıtda keçirildi.

"Qarabağ"a növbəti şoku yaşatmağa kim(lər) mane oldu?

İddialıların oyununda autsayder havası...

Rəşad Sadıqov öz yolunda ...

Bakı klubunda dəyişən illər, yerində sayan problem.

"Neftçi"də Samir Abasov üçün fiasko ilə bitən ikinci dönəm.

"Ağ qaralar"ı hansı gələcək gözləyir?

Qurban Qurbanovdan önəmli mesajlar...

Arxada qalan həftənin bu və digər mövzuları barədə bu axşam saat 21:00-da “Sportinfo TV”də yayımlanacaq "Futbol manşet" verilişində danışılacaq.

Aparıcı Xanoğlan İmanovun qonağı futbol mütəxəssisi Vaqif Cavadov olacaq.

Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edən, onların sevimlisi olan “YaaRa Tekstil”in və “Asadov Pro Bridge”in - beynəlxalq təcrübə prinsipləri üzərində qurulmuş FIFA lisenziyalı futbol agentliyinin dəstəyi ilə təqdim olunur.

YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.

Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.

"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.

“Asadov Pro Bridge” futbolçuların, məşqçilərin, klubların və federasiyaların maraqlarını beynəlxalq səviyyədə təmsil edərək, eyni zamanda Azərbaycan futbolunun dünyaya inteqrasiyasına töhfə verməyi hədəfləyir.

“Asadov Pro Bridge” fəaliyyətinin ilk ilində həm yerli, həm də beynəlxalq səviyyədə 10 uğurlu transfer həyata keçirib.

Agentliyin xidmətlərinə təmsilçilik, hüquqi dəstək, beynəlxalq transferlər, brend və PR idarəçiliyi, fiziki və peşəkar inkişaf, maliyyə və həyat tərzi planlaması daxildir.

Bu gün agentlik Portuqaliya, Xorvatiya, Polşa, Albaniya, Monteneqro, Bosniya, Kosovo, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrdəki nüfuzlu futbol agentlikləri ilə rəsmi əməkdaşlıqlar qurur.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 17:45 Siz lap Yezidsiz ki...