Hamı Qara Qarayevin bu addımından danışacaq - MARAQLI VİDEO

24 Noyabr 2025 19:00 Sportinfo TV 1 370
Hamı Qara Qarayevin bu addımından danışacaq -  MARAQLI VİDEO

Premyer Liqanın 12-ci turunun "Araz Naxçıvan" - "Turan Tovuz" görüşünün fasiləsində yaşananları izləməyə dəyərdi.

Söhbət nominal meydan sahiblərinin təcrübəli siması Qara Qarayevin jestindən gedir.

Sabiq "Qarabağ"lı topdaşıyan uşaqları başına cəm edib, maraqlı oyun təşkil etmişdi.

Top daşımaq yox, oynamaq öyrədirdi.

Uzun müddət millimizin üzvü olmuş Qarayev ilə top oynamağın xoşbəxtliyi onlar üçün bir başqa idi.

Yekunda yeniyetmələr hamısı yarımmüdafiəçi ilə xatirə fotosu çəkdirdi.

Həmin anları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti