Premyer Liqada da belə hadisə yaşanarmış - VİDEO

25 Noyabr 22:20 Sportinfo TV 676
Premyer Liqada da belə hadisə yaşanarmış - VİDEO

Premyer Liqanın 12-ci turunun maraqla gözlənilən qarşılaşmalarından biri Sumqayıtda baş tutdu.

"Kimyaçılar" doğma meydanda son çempion "Qarabağ"ı qonaq etdi.

Ağdamlıların 4:2 hesablı qələbəsi ilə başa çatan görüşə hədsiz maraq vardı.

Yerli publika Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunu ağzına kimi dodurmağı bacarmışdı.

Tamaşaçılar matçın startına təxminən 1 saat qalmış idman qurğusunun yolunu tutmuşdu.

9500 nəfər tutumu olan stadionun tribunaları tam dolduğu üçün hətta qapıların arxasında çox sayda özünə bilet tapmayanlar oldu.

Azarkeşlərin yaratdığı möhtəşəm atmosferi aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!
6 Dekabr 02:00 "İmişli" 3000 ziyanda