“YaaRa Tekstil”in təsisçisi və direktoru Yaqut Bayram “Sportinfo TV”nin qonağı olub.
Tanınmış iş adamı yaratdığı şlrkətin fəaliyyəti ilə yanaşı, idman sektorunda gördükləri böyük işlər barədə geniş məlumat verib.
Həyata keçirdikləri layihələr haqda danışan Y.Bayram uşaq futboluna göstərdikləri dəstəyin sosial əhəmiyyətinə diqqət çəkib.
"YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.
Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.
Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.
"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

