"Kəpəz" camiəsini sevindirəcək VİDEO BURADA

17 Noyabr 22:20 Sportinfo TV 478
"Kəpəz" camiəsini sevindirəcək VİDEO BURADA

Gəncə şəhər stadionunda işlər sürətlənib.

Arenanın yeni örtüyünün qurulmasına start verilib.

Süni örtük tamamilə yığışdırılıb.

Drenaj sistemi qurulur və təbii örtük üçün hazırlıqlar görülür.

İdman qurğusundan əldə etdiyimiz özəl görüntülərdə bunu aydın görmək mümkündür.

Prezident İlham Əliyev 2023-cü ilin oktyabrında stadionun tikintisi ilə bağlı Sərəncam imzalayıb. Onun təməli isə ötən ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub

Tamaşaçı tutumu 15 min 343 nəfər olan Gəncə şəhər stadionunun açılışı sentyabrın 27-də baş tutub.

Xatırladaq ki, MDB oyunları ilə bağlı müvəqqəti olaraq meydançaya süni örtüklü qazon döşənmişdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Aşağıdakı linkə daxil olaraq siz də son görüləş işləri izləyə bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!