"Sportinfo TV"də yayımlanan "Sözüm var"ın növbəti buraxılışı efirə gedib.
Müəllif Xanoğlan İmanov həftə ərzində danışılan səs-küylü hadisələr barədə öz fikirlərini izləyicilərlə bölüşüb.
O, "Qarabağ" və "Neftçi" arasında baş tutan 100-cü Azərbaycan derbisinə toxunub. "Neftçi"nin növbəti dəfə əzəli rəqibinə məğlubiyyətini şərh edib.
Legioner limitinin ləğvinin milli komandaya təsirlərindən söz açıb. Qərarı verənləri sərt qınayıb.
O, həmçinin stadionlarda tribunaların boş qalmasından danışıb, problemin səbəblərini açıqlayıb.
Aşağıdakı linkə daxil olaraq "Sözüm var"ın yeni buraxılışını izləyə bilərsiniz:

