"Neftçi" Azərbaycan derbisində növbəti dəfə "Qarabağ"a məğlub oldu - 0:2.
Oyundan sonra "ağ qaralar"ın baş məşqçisi Samir Abasovun baş hakim Elçin Məsiyevin verdiyi penalti ilə bağlı "Belə oyunlarda bu cür ucuz penal verilməz" şərhi müzakirələrə yol açdı.
Abasovun iradı bəlkə də yerində deyil. Mənim kimi əksəriyyət düşünür ki, Məsiyevin son derbidəki qərarı birmənalı olaraq doğru idi.
Məncə, Abasovu da özündən çıxaran bu epizoddan çox, arxada qalan turlarda bunu bənzər, bəlkə də eynisi olduğunu deyə biləcəyimiz mübarizələrdə hakimlərinin fitinin susmasıdır.
Məsələn, "Zirə" ilə görüşdə Cordan Rezabalaya, "Kəpəz"lə oyunda İmad Faraja, "Turan Tovuz"la matçda Bassala Sambuya qarşı bənzər toxunuşları görürük.
Amma uyğun olaraq Kamal Umudlu və Rəvan Həmzəzadə və Əliyar Ağayevin fiti susur.
Abasov da haqlı olaraq demək istəyir ki, niyə bizə qarşı belə qayda pozuntularının adı mübarizə, bizim etdiyimiz qayda pozuntuları penal olur?
Aşağıdakı linkə daxil olaraq haqqında bəhs etdiyimiz epizodları izləyə bilərsiniz:
XANOĞLAN / SPORTİNFO.AZ

