Əcnəbi kölgədə qaldı, bu adamlar hədəf seçildi - Qəbələdəki QALMAQALın VİDEOsu

10 Noyabr 2025 19:00 Sportinfo TV 1 011
Əcnəbi kölgədə qaldı, bu adamlar hədəf seçildi - Qəbələdəki QALMAQALın VİDEOsu

"Qəbələ" Premyer Liqanın 11-ci turunda növbəti məğlubiyyətini alıb.

"Qırmızı qaralar" doğma meydanda "Sumqayıt"la bacarmayıb - 0:2.

Bölgə klubunun ardıcıl 3-cü görüşdə də meydanı xalsız tərk etməsi yerli publikanın narazılığı ilə yadda qalıb.

Fanatların hədəfinə bu dəfə futbolçular tuş gəlib.

Oyunçular iradlara heç bir reaksiya vermədən paltardəyişmə otağına yollanıb.

Xatırladaq ki, daha əvvəl - 7-ci turda "Şamaxı"ya məğlubiyyətdən sonra baş məşqçi Kaxaber Tsxadadzenin ünvanına istefa şüarı səsləndirilmişdi.

O da tribunada olanlara aqressiv reaksiya vermişdi.

Maraqlıdır ki, bu dəfə gürcüstanlı mütəxəssisə heç kim heç nə deməyib.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti