“Neftçi” həmin "Neftçi"dir, bəs... Bu VİDEOnu qaçıran olmasın!

19:00 Sportinfo TV 155
“Neftçi” həmin "Neftçi"dir, bəs... Bu VİDEOnu qaçıran olmasın!

Azərbaycan Premyer Liqasının 10-cu turunda daha iki matç arxada qaldı.

"Zirə" Şamaxı səfərində çətinliklə 3 xalı qazana bildi.

Halbuki "Karvan-Yevlax"la matçda "qartallar" iki dəfə hesabda geri düşmüşdü.

Yevlaxlılar ardıcıl iki oyunda güclü rəqibləri ilə görüşlərdə ən azı 1 xalı haqq edirdi.

Amma uzun müddət hesabda öndə olsalar da yekunda məğlubiyyətdən qaça bilmirlər. Baş məşqçi Azər Həşimov bu barədə ciddi düşünməlidir.

Günün ikinci oyununda "Neftçi" "Kəpəz"in daşını daş üstə qoymadı - 5:1.

Abubakar yenə fərqləndi, "ağ qaralar" 17 ay sonra şou göstərdi.

"Kəpəz" azarkeşləri üzünü bu cür keyfiyyətsiz əcnəbiləri kluba gətirən, çox aşağı səviyyədə komandanı formalaşdıran şəxslər üzünü tutub, ürəyini başlada bilər. Azər Bağırov ən sonuncu günahkardır.

Xanoğlan İmanovun "Sportinfo TV"də yayımlanan növbəti videosu məhz bu iki görüş ətrafındadır.

Aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti