"Neftçi"nin bazasına gələn yeni simada problem çıxdı - SON DƏQİQƏ

19:00 Sportinfo TV 1 775
"Neftçi"nin bazasına gələn yeni simada problem çıxdı - SON DƏQİQƏ

“Neftçi”nin iki aya yaxındır danışıqlar apardığı İdrissa Dumbiyanın Azərbaycana gəlməsini bir neçə gün əvvəl xəbər vermişdik.

Fil Dişi Sahilindən olan yarımmüdafiəçi həqiqətən klubun bazasındadır.

Belədə haqlı sual yaranır ki, niyə rəsmi olaraq keçidi ictimaiyyətə elan edilmir?

Onun üzərindən hətta Vinsent Abubakar Bakıya gəldi, rəsmi anlaşma imzalandı. Bəs Dumbiya?

Onunla bağlı yeni bilgilər əldə etmişik.

27 yaşlı legionerin artıq çəki problemi var.

Baş məşqçi Samir Abasov onunla bağlı yekun qərarı verməkdə tərəddüd edir.

O belə şərtlər altında sərəncamına futbolçu almağa isti yanaşmır.

Təcrübəli mütəxəssis kiminsə forma yığması üçün zamanı olmadığını və indiki məqamda hazır futbolçuya ehtiyac duyduğunu klub başbilənlərinin diqqətinə çatdırıb.

Məhz bu səbəbdən tərəflər arasında müqavilənin imzalanması uzanır.

Yəni işin içində Bakıya gəlsə belə onunla müqavilənin imzalanmaması ehtimalı var.

Son müzakirələr gedir. Yekun rəy yaxın günlərdə veriləcək. Qısası, Bakıda olan Dumbiya "Neftçi"də qalmasa təəccüblənməyin.

Yayda “Əl-Əhli”dən (Qətər) ayrılan 27 yaşlı oyunçu hazırda azad agent statusu daşıyır.

İdrissa Dumbiya “Anderlext”, “Sportinq”, “Ueska”, “Alanyaspor” kimi tanınmış klublarda çıxış edib. O, 2023-cü ildən bəri Fil Dişi Sahili millisinin heyətində 4 matçda meydana çıxıb.

XANOĞLAN /SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar