.jpg)
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti görüşünü Polşada Ukraynaya qarşı keçirdi.
Müharibə səbəbindən adıçəkilən ölkənin Krakov şəhərində gerçəkləşən görüşdən Ayxan Abbasovun yetirmələri 1:2 hesablı məğlubiyyətlə ayrıldı.
"Krakovaya arena"da yığmamızı dəstəkləmək üçün tribunalara 200-ə yaxın azarkeş cəm olmuşdu. Nəticə ürəkaçan olmasa da, göstərilən mübarizə fanatları razı saldı.
Əbəs deyil ki, final fitindən sonra tamaşaçılar milli futbolçuları olduqları tribunaya dəvət edərək alqışlayıblar.
Həmin anları aşağıdakı linkı daxil olaraq izləyə bilərsiniz: