Ukrayna ilə qarşılaşan millimizdə nə gördük? - “Sportinfo TV”də CANLI YAYIM

14 Oktyabr 2025 00:50 Sportinfo TV 1 491
Ukrayna ilə qarşılaşan millimizdə nə gördük? - “Sportinfo TV”də CANLI YAYIM

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Ukrayna ilə qarşılaşıb.

Polşanın Krakov şəhərində təşkil olunan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Ukraynanın qollarını Oleksey Qutsulyakla (30-cu dəqiqə) Ruslan Malinovski (64) vurublar.

Azərbaycan millisinin yeganə qolunun müəllifi isə rəqibin müdafiəçisi Vitali Mikolenko olub. O, 45+3-cü dəqiqədə topu öz qapısına göndərib.

Bununla da Ukrayna xallarının sayını 7-ə çatdırıbsa, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivin 1 xalı var.

Az öncə başa çatan qarşılaşmaya aid müzakirləri dinləmək istəyirsiz?

Elə isə hazırda "Sportinfo TV"də yayımlanan «Milli həftə»ni izləyin.

Tanınmış teleaparıcı Ceyhun Rzayevin təqdimatında yayımlanan verlişdə qonaq yığmanın sabiq yarımmüdafiəçisi Əfran İsmayılovdur.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Mart 03:30 1000 manatlıq TƏHQİR