Millinin içində nələr baş verir? - İki tanınmış sima “Sportinfo TV”nin CANLI YAYIMında

21:40 Sportinfo TV 127
Millinin içində nələr baş verir? - İki tanınmış sima “Sportinfo TV”nin CANLI YAYIMında

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirəcək.

D qrupunda qərarlaşmış komandamız dördüncü tur çərçivəsində Ukraynanın qonağı olacaq.

Polşanın “Krakoviya” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qarşılaşmadan öncə gözünüzü “Sportinfo TV“dən çəkməyin!

“Milli həftə“ canlı yayımda olacaq.

Tanınmış teleaparıcı Ceyhun Rzayevin təqdimatında millinin düşərgəsindəki vəziyyəti və son xəbərləri diqqqətinizə çatdıracağıq.

Onun qonağı isə tanıdığınız birisidir - uzun illər millinin formasını geyinmiş Əfran İsmayılov!

Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edən, onların sevimlisi olan “YaaRa Tekstil”in dəstəyi ilə təqdim olunur.

“YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.

Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.

"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti